Erməni hərbçi əsgər yoldaşını başından güllələdibackend

Erməni hərbçi əsgər yoldaşını başından güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən güllələnib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Həlak olan hərbçi 18 yaşlı Movses Aramaisoviç Tadevosyandır.

Hadisənin dekabrın 31-də saat 10:50 radələrində döyüş postlarının birində baş verdiyi bildirilir. Əsgər başından güllələnmiş vəziyyətdə aşkarlanıb. Xəstəxanaya aparılarkən yolda vəfat edib.

Cinayəti törədən hərbçi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.