Erməni müxalifəti: Bu gündən radikallığı artıracağıqbackend

Erməni müxalifəti: Bu gündən radikallığı artıracağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Müqavimət hərəkatının liderlərindən biri İşxan Saqatelyan hökumət binalarının qarşısının kəsiləcəyini istisna etməyib.

NOCOMMENT.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İşxan Saqatelyan mayın 10-da aksiyaların daha da radikallaşacağını vurğulayıb.

O, bu günü biz fəhlə və tələbələrin tətil günü elan etdiklərini bildirib.

“Bu gündən itaətsizlik aksiyalarımıza başlayacaq, lazım gələrsə, dövlət və hökumət binalarının qarşısını kəsəcəyik ki, nəhayət hakimiyyəti diz çökdürə bilək”.

Saqatelyan qeyd edib ki, bugünkü yürüşlər dörd istiqamətdə aparılacaq.

Yürüşlər eyni vaxtda saat 12:00-da başlamalı və şəhəri iflic vəziyyətinə salmalıdır. O, həmçinin bu şəraitdə hər şeyə vaxtında cavab verə bilməyən polisi diqqətdən yayındırmaq məqsədi daşıyan fərdi hərəkətlərə çağırıb.

Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.
yenisabah