Erməni nazir: “İrəvan Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır”backend

Erməni nazir: “İrəvan Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan rəsmi İrəvanın Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, o, bu barədə dekabrın 15-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb.

Nazir “Dünyanın kəsişməsi” proqramını da xatırladıb: “Bu proqramla ölkəmiz region ölkələrini şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqələri ilə təmin edəcək bütün infrastrukturların qurulmasına hazır olduğunu bildirir. Biz həmçinin Ermənistanla Azərbaycan arasında 4, Ermənistan-Türkiyə sərhədində 1 keçid məntəqəsi yaratmağa hazırıq”.