Erməni nazir: Müharibədə azərbaycanlılar bizim dildə aksentsiz danışırdılarbackend

Erməni nazir: Müharibədə azərbaycanlılar bizim dildə aksentsiz danışırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibə dövründə azərbaycanlıların erməni dili biliyinin hansı səviyyədə olduğunu gördük”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bir çox hallarda onlar aksentsiz danışırdılar. Azərbaycanlılar həmçinin məktəblərdə də erməni dilini öyrənirlər”, – deyə o qeyd edib.

Nazir həmçinin Ermənistan məktəblərində Azərbaycan və türk dillərinə böyük marağın olması barədə də danışıb.