Ermənistanda nazir istefa verib

Ermənistanda nazir istefa verib

Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı nazirin mətbuat katibi Qeqam Məlikbekyan təsdiq edib.

V.Dumanyanın istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, V.Dumanyan 2021-ci il avqustun 3-də Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri təyin edilmişdi.