Prezident hökumətin yeni üzvlərini təsdiqləyibbackend

Prezident hökumətin yeni üzvlərini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan 6 nazir və Baş nazirin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Baş nazirin müavini vəzifəsinə Mqer Qriqoryan təyin edilib.

Vaan Kerobyan iqtisadiyyat naziri, Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Karen Andreasyan ədliyyə naziri, Anait Avanesyan isə səhiyyə naziri vəzifəsinə təyin olunublar. Onlar əvvəldən də bu postları tutublar.

Keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan onların təyin olunmaları üçün Prezident Armen Sarkisyana təqdimat göndərmişdi.