Erməni parlamentində dava: İclas dayandırıldı- VİDEObackend

Erməni parlamentində dava: İclas dayandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin iclasında dava düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, davaya səbəb Baş nazir Nikol Paşinyanın bir gün əvvəl qalmaqal yaradan fikirlərini şərh edən “Ermənistan” blokunun deputatı Qeqam Manukyanın çıxışı olub.

O, hakim partiyanın deputatlarını – “Nikolu yox, ölkəni xilas etməyə”, – çağırdığı zaman ittihamlar və qarşılıqlı təhqirlər başlayıb. Bundan sonra hakim partiyanın deputatları yerlərindən qışqırmağa başlayıblar.

Onun çıxışından sonra da söz atışması davam edib. Vitse-spiker Akop Arşakyan fasilə elan etmək məcburiyyətində qalıb.