İrəvanda qarşıdurma yaşanır: Xəsarət alanlar varbackend

İrəvanda qarşıdurma yaşanır: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bu gün saat 11-dən aksiya keçirən müxalifət Nazirlər Kabineti binası önünə yaxınlaşmağa çalışıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, polis aksiya iştirakçılarına müdaxilə edib və qarşıdurma yaranıb.

Qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.

Mitinq iştirakçıları Respublika meydanında nəqliyyatın hərəkətini də dayandırmaq istəyiblər, lakin təhlükəsizlik qüvvələri aksiyaçıları küçədən sıxışdırıb çıxarıb.

Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilir. Müxalifət isə Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz edir.

Aksiyada iştirak edənlər arasında “Ermənistan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan da var.