Ermənistanda təxribat xarakterli vərəqələr paylanılırbackend

Ermənistanda təxribat xarakterli vərəqələr paylanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda “Ermənistan” siyasi bloku adından və birliyin loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan feysbuk səhifəsində yazıb.

“Bizim siyasi blok adından İrəvanda loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır. Bunlar siyasi blokla heç bir əlaqəsi olmayan saxtakarlıqlardır və onların məqsədi sadəcə yeni təbliğat təxribatıdır. Hakimiyyətpərəst və hakimiyyətə yaxın təxribatçılar, fitnə-fəsad törədənlər daha da batdı… cılızlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur ki, onları tədbir görməyə çağırım”, – deyə o, sosial şəbəkə hesabında qeyd edib.