Erməni revanşistlər ağ bayraq qaldırdılar: Vanetsyan kimin agentidir?backend

Erməni revanşistlər ağ bayraq qaldırdılar: Vanetsyan kimin agentidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın revanşist qüvvələri son qərarı ilə faktiki olaraq Paşinyan hakimiyyəti qarşısında ağ bayraq qaldırdılar. Belə ki, “Hayreniq” (“Vətən”) partiyası Ermənistan parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəfim var” blokunda fəaliyyətini dayandırmaq barədə bəyanat yayıb.

NOCOMMENT yenisabah-a istinadən bildirir ki, “Hayreniq” partiyasının rəhbəri, dövlət təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın yaydığı bəyanat küçə mübarizəsinin artıq effekt vermədiyinin etirafı hesab oluna bilər. Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlməsinin fonunda siyasi karyerası parlayan Vanetsyan Ermənistan DTX-nin rəisi təyin olunmuşdu. Lakin sonrakı proseslər göstərdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını qırmızı diplomla bitirən 41 yaşlı Vanetsyanın təyinatı Nikol Paşinyanın yanlış qərarlarından biri olub. Çünki az sonra Vanetsyan düşmən mövqeyi nümayiş etdirərək Serj Sarkisyanla Paşinyan hakimiyyətinə qarşı birləşdi.

Ötən il keçirilən növbədənkənar parlament seçkilərində özünü “birləşmiş müxalifətin” lideri rolunda hiss edən Vanetsyan “Solovyovla birgə” telelayihəsində dəfələrlə göründü və bu detal erməni cəmiyyətinin nəzərindən yayınmadı. Ermənidilli “Aysor.am” nəşri bunu Arturun FSB akademiyasını qırmızı diplomla bitirməsi, Solovyovla söhbətində isə özünü “ermənidən daha çox rus hesab etdiyini” çatdırmağa çalışan Vanetsyanın “cəlbediciliyi” ilə deyil, Putinin Köçəryana münasibəti ilə izah etdi.

Ermənistanda keçirilən rəy sorğularında az qala 1-2 faiz reytinqi olan Vanetsyan isə Serj Sarkisyanın hesabına parlamentə düşə bildi. Ona hətta öz müttəfiqləri də ikrahla yanaşırdı. Məsələn, məhdud dairədə “Vanetsyan “it oğludur”, – desə də, Serj Sarkisyan Ruzveltin məşhur kəlamını yada salmağı lazım bilmişdi: “Əlbəttə, o it oğludur, amma bizim itin…”

Sarkisyan Vanetsyanın potensialı barədə yüksək fikirdə olsa da, yanılmışdı. Ciddi nüfuzu olmayan Vanetsyan təsdiq etdi ki, o, nəinki ermənidən daha çox rusdur, heç babat erməni də deyil. Vanetsyan indi sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı “seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını” əsas gətirərək deputat mandatından imtina etdiyi barədə mərkəzi seçki komissiyasına ərizə ilə müraciət etdiyini bildirib.

Onu da qeyd etmək yerinə düşər ki, dünən yayılan qalmaqallı səs yazısında Hüquq şurasının sədri Cahangiryan Vanetsyan və Sarkisyanı “5-ci kolon” adlandırmışdı.

Bu da revanşist avantüranın həzin sonluğu.