Erməni vəkil: Qarabağda məğlub olduq: ölkəmiz diz çökdübackend

Erməni vəkil: Qarabağda məğlub olduq: ölkəmiz diz çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur erməni vəkil Norayr Norikyan ermənirə müraciət edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, o, 2020-ci ilin ermənilər üçün böyük uğursuzluqlarla sona çatdığını deyib: “İl böyük uğursuzluqlar və əvəzolunmaz itkilərlə yekunlaşdı. Sanki xalqımız üçün əsl lənətlənmiş bir dövr idi. Koronavirus və onun fəsadları, insan itkilərimiz, Qarabağda uduzduğumuz müharibə, əldən verdiyimiz torpaqlar və minlərlə erməni hərbçinin öldürülməsi ölkəmizi diz çökdürdü, həqiqi bir fəlakətin astanasına daşıdı”.

Norikyan deyib ki, sözügedən reallıqlar dərin problemlərə – xüsusən də dövlət idarəetməsində qurulan sistemin primitivliyinə, strateji düşüncənin olmamasına, ağır iqtisadi vəziyyətə, geosiyasi hadisələrin səhv təhlilinə və ayıq başla qiymətləndirilməməsinə, Ermənistan dövlətinin xalqın potensialından səmərəsiz istifadəsinə, vədlərin yerinə yetirilməməsinə əsaslanır.

O, Ermənistanın bundan sonra da bir müddət gərginlik və qeyri-müəyyənlik içində olmağa davam edəcəyini proqnozlaşdırıb.

Norikyan mümkün erkən parlament seçkiləri ilə bağlı fikir ayrılıqlarını anlamadığını da deyib: “Nədən qorxursunuz? Qoy seçkilər keçirilsin, xalq kimin xain, kimin qəhrəman, kimin qalib, kimin məğlub olduğuna qərar versin, vətəndaşlarımız öz hökumətini seçsinlər. Və kimsə seçkiləri saxtalaşdırmağa çalışarsa, xalq həqiqətən də saxtakarları məhv edəcək. Fərqi yoxdur, bunu indikilər edəcək, ya yeni gələcək qüvvələr”.