Ermənilər Azərbaycan xalqından üzr istədilərbackend

Ermənilər Azərbaycan xalqından üzr istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

NOCOMMENT-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür edib.

Daha sonra son söz deyən təqsirləndirilən şəxslər bildiriblər ki, məhkəmə proseslərində onlarla çox yaxşı davranıblar: “Azərbaycan Prezidentindən, Azərbaycan xalqından üzr istəyirik. Yalvararaq bizi bağışlamağı xahiş edirik.”

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib.