Ermənilər Azərbaycanı susuz qoymaq istəyir: Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBATbackend

Ermənilər Azərbaycanı susuz qoymaq istəyir: Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Qarabağ rejimi növbəti ekoloji terror planlaşdırır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, qondarma rejimin rəhbəri Araik Arutunyan işğal alktındakı rayonların rəhbərləri ilə birlikdə Sərsəng su anbarı ilə bağlı müşavirə keçirib.

Arutunyan işğal altındakı torpaqlarda əkin sahələrinin genişləndirilməsi və suvarılmasını təmin etmək üçün su anbarınının suyunun istiqamətinin dəyişdiriləcəyini elan edib.

Onun fikrincə, layihə icra olunsa, bu Qarabağ üçün “əsrin layihəsi” sayılacaq. O, layihənin icrası üçün milyonlarla dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

Xatırladaq ki, 1976-cı ildə Tərtər çayının üzərində inşa olunan Sərsəng su anbarı keçmiş Ağdərə rayonunu ərazisində yerləşir. Su anbarı Azərbaycanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Anbarda suyun başqa məcraya yönəldilməsi Azərbaycan üçün ciddi ekoloji təhlükə mənbəyidir.