Ermənilər bu məqaləyə görə kampaniya başlatdılarbackend

Ermənilər bu məqaləyə görə kampaniya başlatdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Yunanıstanın www.karfitsa.gr xəbər portalında Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı dərc edilən məqalə Yunanıstanda yaşayan ermənilərin sosial şəbəkələrdə kampaniya başlatmasına səbəb olub.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a Elnur Eltürk məlumat verib.

O bildirib ki, Yunanıstanda erməniləri ətrafında birləşdirən Erməni Davasının Ədalət Komitəsinin Feysbuk hesabında təhdid dolu yorumlar yazılıb.

Ermənilər və onları dəstəkləyən yunanlar Yunanıstanda Azərbaycan və Türkiyə lehinə yayımlanan informasiyadan narahat olduqlarını və bunun qarşısının alınması üçün hərəkətə keçəcəklərini bildiriblər.

Şərh yazan bir çox erməni azərbaycanlı jurnalistlərin imzası ilə Yunanıstanda məqalə yayımlanmasından hiddətləndiklərini deyib, jurnalın ünvanına təhqiramiz ifadələr səsləndirərək təhdid ediblər. Onlar məqalənin silinməsini tələb ediblər.

Xatırladaq ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun dəstəyi ilə yayımlanan yazıda Vətən müharibəsi dönəmində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilib. Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması diqqətə çatdırılıb. Həmçinin savaş bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltdıqları evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, talan etməsinə, törədilən ekoloji terrorla bağlı faktlara geniş yer verilib.

Yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması və məhv edilməsi, həmçinin infrastruktura ciddi zərər verilməsi, məktəblərin, xəstəxanaların yerlə-yeksan edilməsi, yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırlıb.

Qeyd olunub ki, Ermənistanın təzavüzü nəticəsində dəyən maddi ziyan, ilkin hesablamalara görə, 800 milyarddan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistan təzminat ödəməlidir.

“Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var”, – deyə məqalədə bildirilib.