Ermənilər İrəvanda azərbaycanlı deputatların başlarını kəsmək istəyiblərbackend

Ermənilər İrəvanda azərbaycanlı deputatların başlarını kəsmək istəyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İclas başlayanda ilk rastlaşdığımız Ermənistanın müxalifət partiyalarının üzərimizə hücumu oldu. Onlar həqiqətən uyğun olmayan fikirlər, çıxışlarla bizə qarşı addım atdılar. Həmkarım Soltan Məmmədovla birlikdə onlara lazımi cavab verdik”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvan səfərilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Soltan müəllimin bir neçə təklifi qəbul olundu. Biz Enerji Komitəsinin yenidən sədri seçildik. Təxribatla bağlı bəyanat verdik və gələcəkdə bu kimi yoxlanılmamış məlumatların yayılmasına mane olmağı Avronest-ə bildirdik.

Biz Azərbaycanın mövqeyini bildirdik ki, müharibə bitib. Sülh və əməkdaşlıq istədiyimizi qeyd etdik. Bizim planımız sadəcə sağlam qüvvələrlə qonşuluq münasibətlərini bərpa etməkdir”, – deyə komitə sədri qeyd edib.

İrəvanda Azərbaycanlı deputatların səfərinə qarşı aksiyaların keçirilməsindən danışan komitə sədri bildirib ki, Ermənistan hökuməti bununla əlaqədar 25-ə yaxın şəxsə cinayət işi açıb.

T.Mirkişilinın sözlərinə görə, ermənilərin azərbaycanlı deputatlara qarşı təxribatları Ermənistan hökumətinin özünü də narahat edirdi: “Mənə hədələr gəlirdi, bir erməni hətta mənə yazdı ki, sizin başınızı kəsib valideynlərinizə göndərəcəyik. Bütün bunlara rəğmən komitə iclaslarında Azərbaycanı yetərincə qətiyyətlə təmsil edə bildik”.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak ediblər.