Ermənistan axtarışları dayandırdıbackend

Ermənistan axtarışları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-də güclü partlayışın baş verdiyi İrəvanın “Surmalu” ticarət mərkəzinin ərazisində axtarış işləri dayandırılıb. İtkin düşən şəxsin meyiti tapılmayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində itkin düşmüş hesab edilən vətəndaşın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri səmərə verməyib.

Məlumatda qeyd edilib ki, partlayışın episentrində və ətraf ərazilərdə hərtərəfli, bəzi ərazilərdə hətta iki dəfə axtarış işləri aparılıb, lakin vətəndaşın meyiti və ya onun qalıqları tapılmayıb.

Xatırladaq ki, partlayışdan sonra 43 saat ərzində dağıntılar altından 10 nəfər xilas edilib, 16 cəsəd tapılıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi axtarış işlərinin dayandırılması barədə qərar qəbul edib.