Ermənistan daha 750 milyon dollar borc almaq istəyirbackend

Ermənistan daha 750 milyon dollar borc almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti 10 il müddətinə 750 milyon ABŞ dolları məbləğində avrobond buraxmağı planlaşdırır.

NOCOMMENT xəbər verir ki, qiymətli kağızların illik gəlirliliyinin 4,375-4,5% olması nəzərdə tutulub.

Bununla belə, investorların təkliflərindən asılı olaraq gəlirlilik göstəricisi 3,875-4%-ə endirilə bilər.

Emissiyanın təşkilatçıları ABŞ-ın “JP Morgan”, “Citi”, eləcə də Böyük Britaniyanın HSBC banklarıdır.

Xatırladaq ki, Ermənistan sonuncu dəfə 2019-cu ilin sentyabr ayında 10 il müddətinə 500 milyon dollar “borc alıb”. Həmin vaxt investorlara illik 4,2% gəlirlilik vəd olunub.