Ermənistan dünyaya yalvarır: Bizi xilas edinbackend

Ermənistan dünyaya yalvarır: Bizi xilas edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı döyüşlərdə böyük itkilərə məruz qalan Ermənistan yenə sərsəm təkliflə çıxış edib.

NOCOMMENT axar.az xəbər verir ki, bu dəfə sərsəm təklifi Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan səsləndirib. O, bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclasın keçiriləcəyini və iclasda Qarabağın uçuşa qadağan olunan zona elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsini təklif edib. Marukyan bu təklifin ABŞ, Fransa və Rusiya tərəfindən dəstəklənməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, Qarabağda əks-hücum əməliyyatları başladıqdan sonra Ermənistan səmaya nəzarəti tam itirib. Buna səbəb Azərbaycanın istifadə etdiyi dronlardır. Bunun sayəsində İrəvanın hava hücumundan müdafiə sisteminin əsas onurğasını təşkil edən iki S-300 kompleksi məhv edilib.