Ermənistan geri çəkilməsinin səbəbini açıqladıbackend

Ermənistan geri çəkilməsinin səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hərbi müstəvidə məğlubiyyətini ən absurd iddialarla ört-basdır etməyə çalışır.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu dəfə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan erməni döyüşçülərinin məğlubiyyətini özünəməxsus şəkildə pərdələməyə çalışıb.

O bildirib ki, ilk gündən çox itki veriləcək yerləri tərk edəcəklərini bəyan ediblər. “İlk gündən elan etdik ki, ağır itkilər verəcəyimiz nöqtələri tutmayacağıq”, – deyə o vurğulayıb. Halbuki, Ermənistan tərəfinin belə bir elanına heç kim rast gəlməyib. Əksinə, eskalasiya başlayandan Ermənistanın təbliğat maşını Azərbaycan Ordusunu darmadağın edilməsi, döyüş texnikasının məhv edilməsi, hətta Türkiyəyə məxsus F16 təyyarəsinin vurulması, erməni əsgərlərinin qələbələri barədə məlumatlar yayıb.

Həqiqət üzə çıxandan sonra isə məlum olur ki, belə bir elan varmış. Ovannisyan bu yalanla kifayətlənməyib başqa bir yalan da uydurub. O, işğaldan azad edilən yerlər barədə danışarkən, bunu taktiki geriçəkilmə kimi qiymətləndirib.

“Müharibə zamanı bəzən geriçəkilmələr olur. Geriçəkilmə də manevr formasıdır; geriçəkilmə əks hücum, hücum və ya tələ qurmaq üçün qəsdən də edilə bilər”, – deyə o bildirib.