Ermənistan İFLİC OLDU: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi…backend

Ermənistan İFLİC OLDU: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təcili Yardım QSC-nin iş yükü 3 qat artıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu barədə cəmiyyətin direktoru Taquhi Stepanyan “Sputnik Armeniya”ya açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda təcili yardım briqadaları 3 istiqamətə bölünüb: ənənəvi çağırışlar, koronavirus xəstələrinə və ölən əsgərlərin köməyə ehtiyacı olan yaxınlarına xidmət.

Direktor bildirib ki, xüsusilə, yaralıların gətirilməsi briqadaları çətin vəziyyətdə qalır: “Qaynar xəttə cavabsız zənglərlə bağlı şikayətlər daxil olur, amma əslində zənglərin sayı dəfələrlə artıb və operatorlar sadəcə cavab verməyə belə vaxt tapmırlar, çünki o vaxt başqa zənglər də daxil olur”.

Stepanyan vətəndaşları ehtiyac olduqda təcili yardım çağırmağa səsləyib.