Ermənistan kosmosa peyk göndərdibackend

Ermənistan kosmosa peyk göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ilk kosmik peyki orbitə buraxılıb.

NOCOMMENT Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

“2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb”, – Paşinyan deyib.

Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.

Paşinyan deyib ki, bu sahədə bütün qərarlar məxfi şəkildə qəbul edilirdi.

Onun sözlərinə görə, buraxılış Ermənistanın “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub. Baş nazir vurğulayıb ki, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz.

“Beləliklə, Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur və ümid edirik ki, bu sahədə zəngin ənənələrimiz (kosmik tədqiqatlar və istehsal) bərpa olunacaq”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, hökumətin məqsədi Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılmasıdır.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq.