Ermənistan KTMT-dən çıxmaq üçün rəsmi müraciət etməyibbackend

Ermənistan KTMT-dən çıxmaq üçün rəsmi müraciət etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dayandırılması ilə bağlı rəsmi müraciət etməyib”.

NOCOMMENT.az xəbər verir ki, təşkilatın baş katibi İmanqali Tasmaqambetov belə deyib. Bildirib ki, İrəvan həqiqətən də bu yaxınlarda təşkilat katibliyinin işində iştirak etməyib.

Bu, Ermənistanın hazırkı mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Bununla belə, təşkilat fəaliyyətini tam şəkildə davam etdirir, bütün prosedurlar həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırdığını deyib.