Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdıbackend

Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir. 

 

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki, işğalçı ölkə 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb.

Qeyd olunur ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da cinayət işi başlanıb.

Qeyd edək ki, Nurlan İbrahimov Ermənistanın Gəncə və Bərdədə dinc sakinləri bombalamasından sonra sosial şəbəkədə emosional status yazmış və daha sonra onu silmişdi.

Əlavə edək ki, həmin statusa görə N.İbrahimov futboldan ömürlük uzaqlaşdırılıb.