Ermənistan ordusunda nə baş verir? – Bir gündə 5 general istefaya göndərildibackend

Ermənistan ordusunda nə baş verir? – Bir gündə 5 general istefaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın sərəncamları ilə Ermənistan silahlı qüvvələrin bir sıra yüksək rütbəli zabitləri tutduqları vəzifələrdən azad ediliblər.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, məşhur generallar Andranik Makaryan Təlim Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, Armen Arutyunyan Raket Qüvvələrinin rəisi və Silahlı Qüvvələrin Artilleriya İdarəsinin rəisi, Armen Aruşanyan Mühəndis Qoşunları İdarəsinin rəisi vəzifəsindən azad edilib. Habelə Artur Poqosyan mənəvi-psixoloji dəstək şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tutduğu vəzifədən kənarlaşdırılıb.