Paşinyandan Simonyanın istefası TƏLƏB EDİLİRbackend

Paşinyandan Simonyanın istefası TƏLƏB EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyandan parlament sədri Alen Simonyanı istefaya göndərməyi tələb olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu baş nazirdən Ermənistanda hakim “Mülki Müqavilə” Partiyasından olan deputatlar tələb edirlər. Səbəb parlament sədrinin qardaşının həyat yoldaşının korrupsiya ilə bağlı qalmaqalı olub.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham edilir.