Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilibbackend

Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyanın Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.

Onların namizədliyini hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.

Armen Xaçaturyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturyanın qardaşıdır.

Müxalifətin qənaətincə, hakimiyyət bununla da məhkəmə sistemini öz nəzarəti altına alır.