Ermənistan prezidenti Vaaqn Xaçatryan Vaqe Ovannisyanın ölkənin maliyyə naziri təyin olunması barədə qərara imza atıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın V.Ovannisyanı maliyyə naziri təyin etməsi barədə qərarı təsdiqlənərək qüvvəyə minib.
Qeyd edək ki, V.Ovannisyan bu postda bir neçə gün öncə istefa verən Ambartsum Matevosyanın yerinə baş nazirin müavini təyinatı alan Tiqran Xaçatryanı əvəzləyəcək.