Ermənistan Prezidenti Armen Sarkisyanın istefa ərizəsi qüvvəyə minib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.
Ermənistan prezidentinin administrasiyası ərizəni geri götürüldüyünü açıqlamayıb.
Xatırladaq ki, yanvarın 23-də Armen Sarkisyan ölkə parlamentinə istefa ərizəsi göndərib.