Ermənistan regionda sabitliyi pozmağa çalışırbackend

Ermənistan regionda sabitliyi pozmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki,bu fikirlər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, rusiyalı analitiklər də bu mövzuda bənzər iddialarla çıxış edirlər.

“Onlar həmçinin Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdığına görə tənqid ediblər. Analitiklər bunun əsas günahkarı kimi baş nazir Nikol Paşinyanı göstərirlər”- deyə məqalədə bildirilib.

Xatırladaq ki, son günlər Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın şərti sərhədə qoşun cəmləşdirməsinə dair məlumat yayır. Aprelin 2-də Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.