Ermənistanda deputat mandatdan imtina edibbackend

Ermənistanda deputat mandatdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından olan deputatı Qayane Abraamyan mandatından imtina edib.

NOCOMMENT xəbər verir ki, müvafiq qərar qanunverici orqanın saytında dərc edilib.

Hakim Vətəndaş Razılşması Partiyasına baş nazir Nikol Paşinyan rəhbərlik edir. Təşkilatın parlamentdəki fraksiyası isə “Mənim Addımım” adı altında fəaliyyət göstərir.

Qeyd edək ki, daha öncə eyni fraksiyanın deputatı Arsen Culfalakyan mandatından imtina edib. Buna səbəb Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyanla fikir ayrılığı olub.