Ermənistanda zəhərli spirtli içkidən ölənlərin sayı artmaqdadırbackend

Ermənistanda zəhərli spirtli içkidən ölənlərin sayı artmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb.

NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti yayıb.

Avqustun 31-dən sentyabrın 10-dək Ermənistanda metanol tərkibli alkoqoldan 46 nəfər zəhərlənib, sentyabrın 10-da daha 1 nəfər ölüb.

Armavir vilayətində 10, Yerevanda 7, Kotaykda isə 2 nəfər zəhərlənərək ölüb.

Xatırladaq ki, avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.