Ermənistandakı bazanın taleyi ilə bağlı AÇIQLAMAbackend

Ermənistandakı bazanın taleyi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil”.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

“Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də, bazanın çıxarılması məsələsi gündəmdə yoxdur”, – Kopırkin Ermənistan hakimiyyəti tərəfindən Rusiya bazasının bağlanması və rus sərhədçilərin çıxarılması ilə bağlı siqnalların olub-olmadığı sualına cavab verərkən deyib.

O, Moskvanın belə siqnallar almadığını vurğulayıb.