Ermənistanın eks-naziri və generallar məhkəmə qarşısına çıxarıldılarbackend

Ermənistanın eks-naziri və generallar məhkəmə qarşısına çıxarıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda sabiq müdafiə naziri David Tonoyanın işi üzrə məhkəmə ilk dəfə açıq rejimdə keçirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, proses Baş Qərargahın keçmiş rəisi Artak Davtyanın və onun müavini Stepan Qalstyanın iştirakı ilə baş tutub.

Xatırladaq ki, keçmiş müdafiə naziri silah-sursat təchizatı zamanı sui-istifadədə ittiham olunur. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin texniki mülkiyyət xidmətinin rəisi Artem Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən biznesmen David Qalstyan da təqsirləndirilir.

İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir. Onlar günahlarını etiraf etmirlər. David Tonoyan, Stepan Qalstyan və Avetik Muradyan həbsdədir. David Qalstyan zaminə buraxılıb.