Ermənistanın müdafiə naziri Rusiyanın hərbi bazasında olubbackend

Ermənistanın müdafiə naziri Rusiyanın hərbi bazasında olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 29-da Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, erməni nazir bazadakı Rusiya istehsalı olan silah və hərbi texnika nümunələri ilə tanış olub. Qeyd edək ki, 102 saylı hərbi baza 1941-ci il dekabrın 29-da Rusiyanın Sverdlovsk vilayətində 1415 saylı atıcı alayının 435 atıcı diviziyası əsasında formalaşdırılıb.

Bu hərbi hissə 1995-ci ildə Ermənistanla Rusiya arasında imzalanan dövlətlərarası müqaviləyə uyğun olaraq Gümrüdə yerləşdirilib. 2010-cu il avqustun 20-də iki ölkənin razılığı ilə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.