Ermənistanın Qərblə münasibətləri İranla əlaqələrinə necə təsir edəcək? – Paşinyandan AÇIQLAMAbackend

Ermənistanın Qərblə münasibətləri İranla əlaqələrinə necə təsir edəcək? – Paşinyandan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Qərblə münasibətlərini İranla əlaqələri ilə qarşı-qarşıya qoymur”

NOCOMMENT.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistan Qərblə münasibətlərinin İranla əlaqələrinin inkişafının əleyhinə deyil və olmayacaq da, Ermənistanın İranla olan əlaqələri də Qərblə münasibətlərə zidd deyil” – deyə, Paşinyan qeyd edib.

O, əlavə edib ki, regional siyasət nöqteyi-nəzərindən İranla əlaqələrinə xüsusi önəm verirlər:

“Qədim dövlətçilik ənənələrinə malik bu qonşumuzla münasibətlər təbii maraqlara əsaslanır ki, bu da münasibətləri xüsusi edir”.