“Eurovision”dan Zelenskinin çıxışına qadağabackend

“Eurovision”dan Zelenskinin çıxışına qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il 67-ci dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə saatlar qalıb.

NOCOMMENT.az xəbər verir ki, Avropa Yayım Birliyi (AYB) Ukrayna prezidenti Vladimir Zelenskinin bu il 67-ci dəfə keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin final hissəsində videokonfrans vasitəsilə çıxış etmək istəyini rədd edib.

Rusiyanın Ukraynaya hücumlarına başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı müsabiqəsinin iştirakçılarına müraciət etməsinin “yarışmanı siyasiləşdirəcəyini” əsas gətirən AYB çıxışlar zamanı heç bir siyasi bəyanatla çıxış etməməyi istəyib.

AYB-ninn açıqlamasında “160 milyon insana müraciət edəcəyi və ölkəsinə dəstək istəməsi gözlənilən videoda iştirak etmək üçün Zelenskinin müraciəti müsabiqənin final hissəsində təşkilatçılar tərəfindən rədd edilib.” ifadələri qeyd olunub.

NOCOMMENT.AZ