“Evdə it qədər hörməti olmayan, əri 70 arvad alan…”backend

“Evdə it qədər hörməti olmayan, əri 70 arvad alan…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan video ətrafında yaranan müzakirələrə Nazilə Səfərli münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, görüntülərdə yer alan qadının ona bənzədilməsi geniş müzakirələrə səbəb olmuşdu. Məsələ ilə bağlı açıqlama verən şair bu iddialardan narazı qaldığını gizlətməyib.

Səfərli bildirib ki, sözügedən video fevral ayında başqa safari səhifəsində paylaşılıb və kadrlardakı qadın o deyil. O, izləyicilərə dəfələrlə bunu izah etdiyini vurğulayıb.

Şair əlavə edib ki, videodakı obrazla həyat tərzi və görünüşü arasında ciddi fərqlər var: “Mən o qadın deyiləm, bunu dəfələrlə demişəm. Araşdırın, baxın. Mən dəfələrlə övladlarımla Dubaya getmişəm, amma həmin görüntülərlə əlaqəm yoxdur”.

O, bəzi istifadəçilərin yazdığı tənqidi rəylərə də sərt reaksiya verərək, bu cür ittihamların əsassız olduğunu qeyd edib:

“Safari səhifəsində fevralda çəkilmiş videoda bir qadın paylaşılıb. Həmin qadın 10 il əvvəlki halıma oxşayır. Hamı şərhlərdə yazıb ki, Nazilədir, ora getmək ayıb deyil, turizm məqsədilə dincəlməyə gedib. Sadəcə ayaqları açıq formada görünüb, qadındır da. Evdə it qədər hörməti olmayanlar, ərləri 70 arvad alan qadınlar yazıblar ki, Nazilədən gözəldir. Olsun da, siz də məndən gözəl olun. Təkcə mən çirkinəm? Əl çəkin. 100 dəfə demişəm ki, mən deyiləm o qadın. Görün, araşdırın, baxın. Dəfələrlə uşaqlarımla Dubaya getmişəm, amma bu, mən deyiləm. O qadının qızıllarından məndə heç vaxt olmayıb, o tərzdə çəkmə də geyinmirəm. Elə bil ki, məni pis yerdə tutublar, bayquşlar”.

Nazilə Səfərlinin açıqlaması sosial mediada yeni müzakirələrə yol açıb.