Əvvəllər işlədiyi məzar daşı sexindən oğurluq etdi – Videobackend

Əvvəllər işlədiyi məzar daşı sexindən oğurluq etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib.

NOCOMMENT.az xəbər verir ki, naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat- axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.