F-16-ları əvəz edəcək F-35-lər Danimarkaya endibackend

F-16-ları əvəz edəcək F-35-lər Danimarkaya endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın bir hissəsini Ukraynaya göndərəcəyi F-16 donanmasını əvəz etmək üçün sifariş verdiyi F-35 döyüş təyyarələrindən 4-ü Skyrdstrup Hava Bazasına eniş edib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Jutland yarımadasındakı Skrydstrup aviabazasına eniş edən 4 ədəd F-35-in rəsmi çatdırılması oktyabrın 1-də həyata keçiriləcək.

Sözügedən 27 təyyarə 2025-ci ilin sonuna qədər davam etməsi gözlənilən keçid dövründən sonra ölkənin 40 ildən artıqdır istifadə etdiyi 30 təyyarə ilə əvəz olunacaq.