Fabrik yanğını: 4 işçi xəstəxanaya aparıldıbackend

Fabrik yanğını: 4 işçi xəstəxanaya aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ağac fabrikində baş verən yanğında tüstüdən zərər çəkən 4 işçi xəstəxanaya yerləşdirilib.

NOCOMMENT xəbər verir ki, Zonguldaqda mişar zavodunda naməlum səbəbdən yanğın baş verib.

Tüstünü görüb müdaxilə edən işçilər yanğını söndürə bilməyəndə vəziyyəti yanğınsöndürənlərə çatdırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını ətrafdakı taxta materiallara keçməzdən əvvəl nəzarət altına alıblar.

Tüstüdən zərər çəkən 4 işçi Devrek Dövlət Xəstəxanasına aparılıb.

Yanğın səbəbindən quruducu yararsız hala düşüb.