Fanatik yəhudi mühacirlər fələstinlilərə hücum etdibackend

Fanatik yəhudi mühacirlər fələstinlilərə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin himayəsində olan onlarla radikal yəhudi məskunlaşmaçı işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi “WAFA”nın məlumatına görə, fanatik yəhudilərin hücumu İordan çayının qərb sahilinin İordan Vadisi bölgəsində gecə saatlarında baş verib.

İsrail qüvvələrinin himayəsində olan onlarla köçkünlər ərazidən keçən fələstinlilərə daş ataraq hücum etdiyi bildirilib.

İsrail əsgərlərinin isə qaz bombası atdığı və onlarla fələstinlinin qazdan təsirləndiyi qeyd edilib.

İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var. Bu yerlərdə məskunlaşan 600 mindən çox yəhudi işğal altında yaşayan fələstinlilərin həyatını daha da çətinləşdirir.

Qeyd edək ki, işğal olunmuş Fələstin ərazisində yəhudi məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur.