“Fənərbağça” klubunda maraqla gözlənilən növbəti prezident seçkisinin dəqiq tarixi artıq bəlli olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb. İlk yığıncaqda kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkinin ikinci mərhələsi keçiriləcək.
Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.\\Oxu.Az










