Fermada özünü güllələyərək öldürübbackend

Fermada özünü güllələyərək öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.