Festivalda oğlan seçən ərli qadınlar, arvadlarını qonağa hədiyyə edən kişilər – Afrika qəbilələrinin İNANILMAZ ADƏTLƏRİbackend

Festivalda oğlan seçən ərli qadınlar, arvadlarını qonağa hədiyyə edən kişilər – Afrika qəbilələrinin İNANILMAZ ADƏTLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika qitəsi bütün zamanlarda macəra axtaranların diqqətini cəlb edib. Qeyri-adi həyat tərzi ilə seçilən qara qitədə yüzlərlə qəbilə və tayfa mövcuddur ki, onların da öz qanunları var. Hətta cəngəlliklərdə yaşayan bəzi qəbilələrin sivil dünyayala əlaqələri belə yoxdur. Onların özlərinə məxsus davranış qaydaları, sosial normaları var.

NOCOMMENT.az KONKRET.az-a istinadən Afrika qəbilələri ilə bağlı maraqlı faktları təqdim edir.

Vodaabe qəbiləsində kişilərin seçilməsi

Nigerdə yaşayan Vodaabe tayfasının adətləri qəbul edilmiş ümumi sosial qaydalara ziddir. Burada söz sahibi qadınlardır. Vodaabe qəbiləsinin qadınları hər il kişilər arasında festival keçirir və burada gələcək ərlərini seçirlər. Festivalda münsiflər heyətinin üç qadın üzvü gəncləri müxtəlif parametrə görə qiymətləndirirlər. Ərdə olub-olmamalarından asılı olmayaraq, qadınlar kişilərə yaxınlaşaraq çiyinlərinə yumruq vururlar. Qadının yumruğu kişiyə təsir etmirsə, onu özlərinə partnyor seçirlər.

Öpüşmək olmaz

Tonqa qəbiləsində ər-arvad öz aralarında hər şeyi edə bilər. Təkcə öpüşmək qadağandır. Tonqa qəbiləsinin üzvləri ağızla keçən mikroblardan ehtiyat edirlər.

Ritual “təmizləmə”

Ümumiyyətlə, müxtəlif tayfalarda münasibətlər fərqli qiymətləndirilir. Məsələn, Afrikanın İslam dininin üstünlük təşkil etdiyi hissəsində insanlar arasında nikahdankənar əlaqə qadağandır. Belə hallar aşkarlanarsa, həmin şəxslər edam edilir. Amma Keniya, Zambiya və Malavinin kənd icmalarında hər şey əksinədir. Həmin regionlarda kişinin sosial rolu böyükdür. “Hiena kişilər” qəbilənin bütün qızlarını pis ruhların təsirindən qorumaq və gələcəkdə yaxşı həyat yoldaşı tapmaq üçün onlara“kömək” edir.

Arvadlarını qonağa hədiyyə edən kişilər

Şimali Namibiyada yaşayan Himba qəbiləsi isə lazım olduğundan artıq “qonaqpərvər”dir. Onlar qəbul etdikləri qonağa əvvəlcə həyat yoldaşlarını “hədiyyə” edirlər. Himbalılar hesab edirlər ki, bu adət onlara göylərdən gələn bir siqnaldır və himbalılar da bunu canla-başla yerinə yetirirlər. Onlar həm də bunu genofondu dəyişməyin ən yaxşı üsulu hesab edirlər.

“Sınaqçı”

Cənubi Afrika Respublikası qara qitənin ən inkişaf etmiş ölkəsi sayılır. Amma ekspertlər hesab edirlər ki, oradakı qəbilələrin adətləri ibtidai icma quruluşundan qalmadır. Belə adətlərdən biri də toylarla bağlıdır. Ənənəyə görə, toydan sonra gəlin hökmən yaşlı kişinin “qonağı” olmalıdır.

Sübut olundu – rəqs et!

Toydan sonra nəticə oğlanı “qane” etməzsə, qız dərhal kütləvi “Qamış rəqsi”nə göndərilir. Mərasim düz 8 gün davam edir və qızlar növbəti dəfə ərə getmək imkanı qazanırlar. Kişiləri cəlb etmək üçün onlar xüsusi bəzənir və qiymətli kəmərlər və bilərzikər taxırlar. Amma çox vaxt onların 8 günlük cəhdi bir nəticə vermir və onlar evlərinə əliboş dönür.

Kişinin peşəkarlığını yoxlamaq

Bu adət ancaq Cənubi Afrikadadır. Əgər “oğlan” toydan əvvəl narahatdırsa və imtahana hazır deyilsə, toy dərhal dayandırılır. Oğlanın fırıldaq etmək ehtimalı azdır. Çünki təcrübəli “ustalar” onu test edir. “Təzə bəyin” keçirdiyi təlaş təcrübəli qadınların gözündən yayınmır. Ona görə də oğlan imtahandan kəsilir.

Qızın muncuqlarının oğurlanması

Şərqi Afrikanın Masai qəbiləsində bəyin qabiliyyətini müəyyən etmək üçün maraqlı üsula əl atırlar. Bir gənc aşiqdirsə, qızın azad statusunu simvolizə edən xüsusi muncuqları oğurlamalıdır. Muncuqları ələ keçirən oğlan artıq qızla evlənə bilər. Ona görə də qızın həyatı qədər əhəmiyyətli olan muncuqlar ailədə məxfi yerdə qorunur. Qızını ərə verməyə tələsən ana bəzən gələcək kürəkənə muncuqların oğurlanmasında yardımçı olur.

Çarpayı altında məsləhətçi

Afrikada Suahili qəbiləsinin adət-ənənələri də maraqlıdır. Ailələr əvvəlcədən razılığa gəlsələr də, toyun vaxtı bir qədər uzanır. Bir neçə il davam edən sövdələşmədə oğlan və qız bir-birilərini tanımır. Toy gecəsi isə onlara köməkçi təyin olunur. Gəlin tərəfdən bir nəfər əvvəlcədən çarpayının altında yerləşdirilir. Çarpayının altında əziyyət çəkən qohum “somo” adlanır. Mərasimi sona qədər izləyən “somo”nun ikinci dəfə çarpayı altına girməyi qadağandır.