Feysbukun dəyəri açıqlandıbackend

Feysbukun dəyəri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Feysbuk dəyəri 1 trilyon üzərində olan şirkətlər qrupuna daxil olub.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Mark Zukerberqin yaratdığı şirkətin dəyəri 1,008 trilyon dollardır. “Yahoo Finance”ın hesablamalarına görə, şirkət ilk dəfədir ki, 1 trilyonluq baryeri adlaya bilib.

Adıçəkilən sosial şəbəkənin 2000-ci illərdə yaranan və bu həddi adlaya bilən yeganə ABŞ şirkəti olduğu vurğulanıb.

Feysbukun “Google”, “Apple”, “Microsoft” və “Amazon”dan sonra 1 trilyonluq səhmləri olan şirkətlərin içərisinə daxil olduğu qeyd edilir.