Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi quru yolu hərəkət vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələrinin və təmir xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
NOCOMMENT.az xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 1.489.013,71 AZN məbləğində müəyyən edilib.
Layihə çərçivəsində nazirliyin balansında olan nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və ehtiyat hissələrinin yenilənməsi nəzərdə tutulur. /32gun.az/













