Fidan Laosda Lavrovla görüşdübackend

Fidan Laosda Lavrovla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASEAN 57. Xarici işlər nazirlərinin görüşü”nə qatılmaq məqsədi ilə iki günlük Laosa gedən Türkiyə XİN başçısı Hakan Fidan paytaxt Vyentyanda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, iqtisadi məsələlər və enerji sahəsində əməkdaşlıq danışılıb.

Bundan əlavə, Ukraynadakı müharibə, Qəzzada baş verənlər, Suriyadakı vəziyyət və digər regional məsələlər müzakirə edilib.