FİFA reytinqi: Millimiz iki pillə gerilədibackend

FİFA reytinqi: Millimiz iki pillə gerilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi iki pillə geriləyib.

Hazırda yığma 1 175 xalla 114-cü sırada qərarlaşıb. Geriləməyə səbəb yığmanın Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.

Millinin rəqiblərindən 1 225 xala malik Kipr seçməsi bir pillə – 99-cu yerə enib. Əvəzində 1 247 xalı olan Lüksemburq 2 pillə irəliləyərək, 95-ci sıraya yüksəlib. Monteneqro isə 1 369 xalla 1 pillə irəliləyərək, 64-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1 765), Fransa (1 752) və Braziliya (1 725) qərarlaşıb. 1 486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.