Fiko Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bəyan edibbackend

Fiko Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Rossiya-1” telekanalında nümayiş olunan “60 dəqiqə” proqramına müsahibəsində qeyd edib.

“Lazım gəlsə, mən tərəddüd etmədən prezident Putinlə danışmağa hazıram”, – Fiko bildirib.

O qeyd edib ki, bu, “tamamilə ciddi” bəyanatdır.

Fiko xatırladıb ki, o, Rusiya Federasiyasının baş naziri olduğu müddətdə Putinlə bir neçə dəfə görüşüb.

Slovakiya lideri həmçinin 2025-ci il mayın 9-da Moskvaya səfər etməyi və Qələbə Paradında iştirak etməyi özünün “şəxsi vəzifəsi” adlandırıb.