Filippində tayfun xəbərdarlığı – minlərlə insan təxliyə edilirbackend

Filippində tayfun xəbərdarlığı – minlərlə insan təxliyə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə Filippin Meteorologiya Xidməti məlumat verib. 

 

Səlahiyyətlilər tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Filippin hökuməti tayfun səbəbindən minlərlə insanın təxliyəsi təşəbbüsü ilə çıxış edib, məktəblərdə təhsil üç gün müddətinə dayandırılıb.

Doksuri küləyinin sürətinin saatda 185 kilometrə çatdığı, Caqayandakı Tuguegarao şəhərindən 310 kilometr şərqdə olduğu bildirilib. Bəzi ərazilərdə dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.

Digər tərəfdən, tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatacağı gözlənilir.